Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün ilk yoxlama oyununa çıxacaq. Sportarena.az xəbər verir ki, Bakı klubu Almaniya "Verder"inin əvəzedici komandası ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Zaur Svanadzenin komandası Antalyada daha üç yoxlama oyunu keçirəcək. "İnter" yanvarın 15-də "Verder"in əsas komandası ilə, yanvarın 19-da "Slovan"la (Sloveniya), yanvarın 23-də isə Atırau" (Qazaxıstan) ilə qarşılaşacaq.
Yoxlama oyunu
13 yanvar
17:00. "İnter" - "Verder" (əvəzedici komanda) 0:1