Litva millisinin yeni baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, Edqaras Yankauskas yığmanın yeni baş məşqçisi təyin olunub.
O, son üç ayda İqor Pankratyevin istefasından sonra milli komandada baş məşqçi vəzifəsini yerinə yetirib. Onun işindən razı qalan rəhbərlik yığmanı "DÇ-2018"in seçmə mərhələsinə hazırlamaq vəzifəsini də Yankauskasa tapşırıb.
Qeyd edək ki, 40 yaşlı mütəxəssisin son komandası ölkəsinin "Trakay" klubu olub.