Artıq fəaliyyətini dayandırmış "Simurq"un sabiq hücumçusu Draqan Çeran özünə yeni klub tapıb.
Sportarena.az xəbər verir ki, bu mövsümə Səudiyyə Ərəbistanı "Hacar"ında başlamış serbiyalı forvard bundan sonra Makedoniya "Vardar"ında çıxış edəcək.
Tərəflər mövsümün sonunadək müqavilə imzalayıblar. Amma əməkdaşlıq uğurlu alınsa, daha bir illik müqavilə imzalana bilər.
Qeyd edək ki, Çeran 2013-15-cü illərdə çıxış edib.