"Qəbələ"nin məşqçisi komandadan ayrıldı

14:32 13 Yanvar 2016

"Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb.

 

Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib.

 

Xatırladaq ki, Vüqar Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərib. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer alıb.


Digər xəbərlər

Xəbər xətti