"CBC Cup" turnirinin əsasnaməsi açıqlandı

15:27 13 Yanvar 2016

AFFA, Peşəkar Futbol Liqası və "CBC Sport" kanalının birgə təşkilatçılığı ilə keçiriləcək turnirin iştirakçıları və təqvimi artıq bəllidir.

 

Sportarena.az xəbər verir ki, ölkəmizdə ilk dəfə təşkil ediləcək və "CBC Sport" Kuboku adlanacaq yarışda 6 komanda mübarizə aparacaq.

 

Yarışda “Neftçi”, AZAL, “Rəvan”, “Neftçala”, “Şərurspor” və MOİK komandaları qüvvəsini sınayacaq. Turnirin əsasnaməsinə görə qrup qalibləri yanvarın 24-də Olimpiya stadionunda baş tutacaq final matçında üz-üzə gələcək. İlk qarşılaşma isə sabah saat 13:00-da “Bayıl Arena”da keçiriləcək. AZAL “Neftçi”ni qəbul edəcək.

 

Turnirin Əsasnaməsi

1. Turnirin iştirakçıları: “Neftçi”, AZAL, “Rəvan”, “Neftçala”, MOİK, “Şərurspor”.

2. Turnirin keçirilmə şərtləri:

Klublar “A” və “B” qruplarında dairəvi sistemlə (1 oyun olmaqla) mübarizə aparacaqlar. Hər qrupda 3 klub olacaq;

Qrup mərhələsində qələbəyə 3 xal, heç-heçəyə 1 xal veriləcək, məğlub komandaya xal verilmir;

Hər qrupda 1-ci yeri tutmuş klub növbəti mərhələyə adlayır;

Matçların keçirilmə tarixi yarışların təqvimi ilə müəyyən edilir;

Nominal meydan sahibi klub geyim dəstinin rəngini seçmək hüququna malikdir;

Hər klub 30 futbolçu sifariş edə bilər. Lakin ehtiyac olarsa, əlavə T sifariş vərəqəsini təqdim edə bilər;

Matçlarda 5 əvəzetməyə icazə verilir;

Protestlərə oyunun protokolunda qeyd olunduqda baxılır;

Cəzalar Təşkilat Komitəsi tərəfindən tətbiq olunur;

Oyunları AFFA Hakimlər Komitəsinin təyin etdiyi hakimlər idarə edəcək;

Qrup oyunları “Bayıl Arena”, final görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək;

Oyunların başlanma vaxtını CBC Sport təyin edir;

Digər məsələlər Topaz Premyer Liqası və I divizionun əsasnaməsinə uyğun tənzim olunacaq.

3. Qaliblərin müəyyən olunması:

İki və daha çox klubun topladığı xallar bərabər olarsa, qalib aşağıdakı qaydada müəyyən olunur:

komandaların öz aralarında (mini turnirdə) keçirdiyi oyunların nəticələrinə görə;

komandaların öz aralarında (mini turnirdə) keçirdiyi oyunlarda top fərqi;

bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;

bütün oyunlarda vurulmuş topların sayına görə;

bütün oyunlarda ən az qayda pozuntularına (sarı vərəqə – 1 bal, qırmızı vərəqə – 3 bal) əsasən;

 

Püşkatma ilə.

Final görüşündə əsas vaxt heç-heçə başa çatarsa, qalib, hərəsi 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin edilməklə müəyyənləşdirilir. Əlavə vaxtda da qalib müəyyən edilməzsə, 11 metrlik zərbələr seriyası təyin olunur.

 

"A" qrupu
1. "Rəvan"
2. "Neftçala"
3. "Şərurspor"

 

"B" qrupu
1. "Neftçi"
2. AZAL
3. MOİK

 

Final 1 – 2 (A1 – B1)
2 – 3
3 – 1


Digər xəbərlər

Xəbər xətti