"İnter"dən ayrılan milli komandamızın üzvü Səlahət Ağayevin "Sumqayıt"a keçidi rəsmiləşib. Sportarena.az xəbər verir ki, 25 yaşlı qapıçı ilə müqavilə imzalanıb.
Təcrübəli qolkiper mövsümün sonuna kimi "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, S.Ağayev 2012/2013 mövsümündə də “kimyaçılar”da şərəfini qoruyub.