Dünya çempionumuz: "Qısqanclığım ayrılmağımıza səbəb oldu"

16:23 13 Yanvar 2016

Dünya çempionu Rəfael Ağayev şəxsi həyatından danışıb. Sportarena.az idmançı "ATV maqazin onlarla" verilişində sevgilisindən ayrıldığını bildirib:

 

"Bir xanımla ciddi münasibətim var idi. Düşünürdük ki, ailə qurarıq, amma ayrıldıq. Səhv onda deyil. Mənim qısqanclığım ayrılmağımıza səbəb oldu. Mən demirəm ki, "ağ kağızam". Günahım oldu. Qismət olarsa, bağışlayarsa, yenidən bir yerdə olarıq. Bağışlamasa da, ona xoşbəxtlik arzu edirəm".


Xəbər xətti