"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov istefa verib. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a 51 yaşlı mütəxəssisin özü məlumat verib.
Hüseynov bundan sonra klubun idman direktoru vəzifəsini icra edəcək.
"Xəzər Lənkəran"ı yenidən əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov çalışdıracaq.