Futzal üzrə Çexiya yığmasının baş məşqçisi Tomaş Noymann AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk rəqibimiz Azərbaycan olacaq. Bu komandanın heyətində altı braziliyalı çıxış edir. Düzdür, bir qələbə bizim qrupdan çıxmağımızı təmin etməsə də, Azərbaycana qalib gəlməyə borcluyuq".