"Roma" baş məşqiçisi Rudi Qarsiya ilə yollarını ayırıb. Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Buna səbəb İtaliya nəhənginin son oyunlarda uğursuz təsir bağışlaması olub. 51 yaşlı mütəxəssisin başçılığı ilə “canavarlar” son 10 görüşdə yalnız bir qələbə qazanıb.
A Seriyasında isə klub 19 turdan sonra 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider “Napoli”dən 7 xal geri qalır.
Qeyd edək ki, baş məşqiçi postuna Qarsiyanın əvəzinə Lusiano Spalettinin gətiriləcəyi gözlənilir.