Aərbaycan derbisi üçün ukraynalılar

18:27 13 Yanvar 2016

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu üçün hakimlər açıqlanıb. Sportarena.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan klubları da oyunlarını idarə edəcək ədalət təmsilçilərini tanıyıblar.

 

Avropa Voleybol Konfederasiyası “Azərreyl” - “Lokomotiv” görüşünü ukraynalı Andrey Kovalçuka həvalə edib. Yanvarın 19-na təsadüf edəcək Bakı derbisində ikinci hakim funksiyasını Aleksandr Vinaliyev (Bolqarıstan) yerinə yetirəcək.

 

Bu matçdan 2 gün sonra baş tutacaq “Telekom” - “Fənərbaxça” (Türkiyə) oyununda isə əsas referi Yuri Bakunoviç (Belarus) olacaq. Onun köməkçisi Silvian Lunqu (Rumıniya) təyin edilib.


Digər xəbərlər

Xəbər xətti