FİFA-dan "Bakı"ya cəza: 6 xalı silindi

19:05 13 Yanvar 2016

FİFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Adnan Barakat arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

 

- Azərbaycan birinci divizion yarışlarında "Bakı"nın cari mövsüm aktivindən 6 xal silinib.

 

- 27 dekabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Titan” – “Port Baku” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 nömrəli futbolçusu Zaur Səmədov hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti