Qriqorçuk: "Azərbaycandakı stadionlar mənim xoşuma gəlmir"

00:18 14 Yanvar 2016

 Ukrayna mətbuatına danışan "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk istəklərindən danışıb.

Sportarena.az Roman Qriqorçukun fikirlərini təqdim edir:

"Azərbaycandakı stadionlar mənim xoşuma gəlmir. Əlbəttə, söhbət Bakıda yeni açılan Olimpiya Stadionundan getmir. Ümumilikdə, Azərbaycanda bir neçə komandanın belə problemi var. Bütün hallarda "Qəbələ” rəhbərliyi məni yaxşı başa düşür. Bu məsələ barəsində bizim çox söhbətimiz olub. Onlar bildiriblər ki, yeni stadionun tikintisi üçün heç bir problem olmayacaq. "Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra, bizim klub klubun rəhbərliyinin iddiası daha da artıb.  "Qəbələ”də çalışan hər kəs klubun inkişafı üçün çalışır.”


Digər xəbərlər

Xəbər xətti