Cüdo üzrə Azərbaycan millisi Kubada keçiriləcək Qran-Pri turniri üçün heyətini açıqlayıb. Sportarena.az xəbər verir ki, millimiz paytaxt Havanada baş tutacaq yarışa əsas heyətlə qatılacaq.
Belə ki, Peter Zayzenbaher reytinq xarakterli turnirdə 12 idmançını sınaqdan keçirəcək. O, Kubada Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdulhəqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Qeyd edək ki, yanvarın 22-də start götürəcək Qran-pri 2 gün sonra başa çatacaq.