Almaniyanın "Fortuna" klubunun ikinci komandası yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Toğrul Eratın çıxış etdiyi "Fortuna" "Erqsebirge Aue" ilə qarşılaşıb.
Düsseldorf təmsilçisi bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. Erat 90 dəqiqə meydanda olub.