Xaqani Məmmədovun taleyinə aydınlıq gəlir

15:15 14 Yanvar 2016

Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı AFFA tərəfindən yaradılmış komissiya işini başa vurmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, sözügedən komissiya AFFA Hakimlər Komitəsinin sədri ilə bağlı araşdırmanın nəticəsini sabah açıqlayacaq.

 

Qeyd edək ki, bu komissiya noyabrın ortalarında yaradılmışdı və ona məlum qalmaqalla bağlı hər şeyə aydınlıq gətirmək üçün 60 gün vaxt verilmişdi.

 

Xatırladaq ki, 2001-ci ildə UEFA Kubokunun təsnifat mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya "Osiyek"i ilə Latviya "Dinaburq"u arasındakı oyunda (1:0) azərbaycanlı hakimlər idarəçilik etmişdi. Xaqani Məmmədov isə həmin matçın dördüncü hakimi olub. Hakimlər Komitəsinin indiki sədrinə o vaxt rüşvət təklif edilsə də, həmin fakt yalnız ötən ilin axırında üzə çıxmışdı. (Azerisport.az)


Digər xəbərlər

Xəbər xətti