“Qəbələ”dən ayrılan Andrey Qluşenkonun yeni klubu müəyyənləşib. Sportarena.az xəbər verir ki, 42 yaşlı qapıçı məşqçisi Ukraynada çalışacaq.
Ailə vəziyyəti ilə əlaqədar Azərbaycandan ayrılan Qluşenko "Çernomorets"ə qayıdıb. O, Odessa klubunun U-21 və U-19 komandasının qapıçı-məşqçisi, həmçinin klubun qapıçı məktəbinin kuratoru təyin edilib.
Qeyd edək ki, Andrey Qluşenko "Qəbələ"yə məhz "Çernomorets"dən gəlmişdi. O, 2011-2014-cü illərdə Odessa klubunda “Qəbələ”nin hazırkı baş məşqçisi Roman Qriqorçukun məşqçilər korpusunda yer alıb.