“Neftçi İdman Klubu”nun boksçuları paytaxt birinciliyində üç medal qazanıblar

21:33 14 Yanvar 2016

Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçirilən Bakı birinciliyinə yekun vurulub.

Sportarena.az xəbər verir ki, 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

“Neftçi İdman Klubu”nun boksçuları paytaxt birinciliyinin 3 medalına sahib olublar.

Yarışda 52 kiloqram çəki dərəcəsində çıxış edən Amil İlyasov bütün döyüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final qarşılaşmasında məğlub olan Əflatun Babayev (50 kq) və Əmri Novruzov (66 kq) isə yarışı gümüş medalla başa vurublar. 


Digər xəbərlər

Xəbər xətti