Bu il İngiltərə çempionatında adından söz etdirən "Lester" klubu "Qalatasaray"ın kapitanı Səlcuk İnanı transfer etmək istəyir.
Sportarena.az xəbər verir ki, ingilislərin baş məşqçisi Klaudio Ranyeri Türkiyə yığmasının üzvünün alınmasına israrlıdır. "Lester" klubu komandadan ayrılmaqda olan argentinalı futbolçusu Esteban Cambiassonun yerinə məhz Səlcuk İnanı gətirmək niyyətindədir.
Qeyd edək ki, Səlcukun meneceri ilə danışıqlar aparan İngiltərə klubunun nümayəndələri futbolçunun "Lester"də oynamaqla bağlı fikirlərini öyrəniblər.