Kolumbiyalı qapıçı Fərid Mondraqon intihar etməyə cəhd göstərib.
Sportarena.az xəbər verir ki, 44 yaşlı Mondraqon ağır şəkildə Kali şəhərdəki xəstəxanaya çatdırılıb.. Hazırda futbolçunun həyati təhlükəsi yoxdur.Məlumata görə Mondraqon intihar etmək üçün yüksək dozada antidepressant qəbul edib.
Qeyd edək ki, intihara cəhd etmədən bir müddət əvvəl Mondraqon Instagram-da belə bir məlumat yerləşdirib: "Öz həyatımı yalnız mən sorğu-suala çəkə bilərəm , hazırda onu qorumağı bacara bilmirəm". Ardından isə bu yazı pozulub.