“Sumqayıt” klubu növbəti transferini həyata keçirib. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yığmamızın üzvü Səlahət Ağayevlə güclənib.
25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Adıçəkilən qolkiper komandada 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib.