Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün 2-ci yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın “Verder” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, iki gün əvvəl Bremen təmsilçisinin əvəzediciləri ilə qarşılaşan Zaur Svanadzenin yetirmələri 0:1 hesabı ilə məğlub olmuşdu.
Yoxlama oyunu
15 yanvar
14:00. "İnter" – "Verder" (Almaniya) 0:1
Qol: Klaudio Pizarro, 42
Türkiyə. Antalya