"Azərbaycan millisinin təklifini qəbul etmədik" - Çalhanoğlunun atası

13:47 15 Yanvar 2016

Türkiyənin U-17 yığmasının və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Ünal Altıntaş (Çalhanoğlu) Azərbaycanın gənclərdən ibarət millisində oynamaq təklifi alıb. Sportarena.az xəbər verir ki, bunu Türkiyə mətbuatına onun meneceri Hüseyn Çalhanoğlu açıqlayıb.

 

Qeyd edək ki, Hüseyn Almaniyanın "Bayer" klubunun və Türkiyənin əsas millisinin ulduz futbolçusu Hakan Çalhanoğlunun atasıdır. O, oğlu kimi, Ünalı da gələcəyin ulduzlarından birinə çevirmək iddiasındadır:

 

"Türkiyə millisinə uzun illər xidmət edəcək gənc bir stopper qazandırmağa çalışırıq. Ünalı çox kiçik yaşlarından yetişdirməyə başlamışıq. Meyvələrini də yavaş-yavaş alırıq. Hazırda Almaniyada özündən çox söz etdirir. 1-2 il içində bütün futbol ictimaiyyəti bu oyunçunu tanıyacaq. Çox böyük istedda malikdir. Hətta Azərbaycan millisində də oynamasına dair təklif olundu. Amma biz qəbul etmədik".


Digər xəbərlər

Xəbər xətti