AFFA Klublar Komitəsinin növbəti iclası yanvarın 22-də olacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a komitənin sədri Fikrət Hüseynov məlumat verib. Onun sözlərinə görə, iclasda iki önəmli məsələyə baxılacaq.
Bunlardan biri klubların PFL-ə olan borcu, digəri isə teleyayımla bağlı "CBC Sport" telekanalının ödədiyi 700 min manatın klublar arasında bölüşdürülməsidir.