Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Şağan Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə açıq paytaxt birinciliyinə yekun vurulub.
Birincilikdə 24 klubdan cüdoçular birincilik uğrunda mübarizə aparıblar.
2002-2003-cü il təvəllüdlü oğlanların yarışında Məhəmməd Hanasov (30 kq), Rəşad Salayev (34 kq), Şükran Zamanlı (38 kq), Çingiz Fəttahov (42 kq), Nahid İsmayılov (46 kq), Mətin Rzazadə (50 kq), Murad Əlizadə (55 kq), Məhəmməd Əhmədov (60 kq), Əliheydər Bayramlı (66 kq) və Hüseyn Məmmədov (66 kq-dan yuxarı) qızıl medal qazanıblar. Qızlar arasında isə Fatimə Nəsibova (40 kq), Fatimə Məmmədli (44 kq), Zeynəb Məmmədova (48 kq), Əsmər İskəndərova (52 kq), Sənubər Nəbiyeva (57 kq) və Fidan Rəhimova (63 kq) birinci yerə sahib olublar.
2004-2005-ci il təvəllüdlü oğlanların mübarizəsində Həsən Əhmədov (27 kq), Murad Əliyev (30 kq), Alpər Məmmədgil (34 kq), Aydın Rzayev (38 kq), Əli Əmrəyev (42 kq), Raqif İsmayılov (46 kq), Rafael Əlizadə (50 kq), Məhəmməd Bağırov (55 kq) və Murad Ağaquliyev (55 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızlar arasında isə Rəmziyyə Hüseynova (28 kq), Fəridə İsgəndərova (32 kq), Lətifə Abbasova (36 kq), Cəmilə Əsədova (40 kq), Ülya Məmmədova (44 kq) və Aytən Xəlilova (48 kq) birinci olublar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.