Şahin Diniyev hakim oldu: azarkeşlər futbolçulara qalib gəldi

14:35 16 Yanvar 2016

Bir qrup Gəncə azarkeşi Yevlaxda toplanışı sürdürən “Kəpəz”in qonağı olub.

Sportarena.az-ın  klubun rəsmi saytına istinadən məlumatına görə, komandanı məşqdə dəstəkləmək, futbolçulara motivasiya vermək üçün “Kəpəzultras” və “Xəmsə” fanklublarının üzvləri bazaya baş çəkiblər.
 
Fanatlar “sarı-göylər”in hazırlığında şüarlar söyləyib, bəstələr oxuyublar. Məşqdən sonra azarkeşlərlə futbolçular arasında yoldaşlıq görüşü keçirilib. Komandanın baş məşqçisi Şahin Diniyevin idarə etdiyi oyun fanatların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Futbolsevərlər qələbə topunu 11 metrlik zərbə zamanı üçüncü cəhddən sonra vurublar.
 
Dostluq əhval-ruhiyyəsində keçirilən matçdan sonra azarkeşlər “Kəpəz”ə uğurlar arzulayıb, çempionatın ikinci hissəsində də komandaya böyük dəstək verəcəklərini bildiriblər.


Digər xəbərlər

Xəbər xətti