“Bir həftəlik məşq planı ilə işləyirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Şəraitimiz çox yaxşıdı. Həm baza, həm də meydançalar normaldı”.
Sportarena.az xəbər verir ki, bunu “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov deyib.
Gənc mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasının Yevlaxdakı təlim-məşq toplanışını dəyərləndirib: “Düşünürəm ki, burda keçdiyimiz hazırlıq bizə çox şey verəcək. Çünki uşaqlar bütün günü bir yerdədilər, səylə məşq edirlər, bütün diqqət futbola və hazırlığa yönəlib. Bunun faydasını futbolçular çempionatda görəcəklər”.
Azər Məmmədov gələcək planlardan da danışıb. O, çempionatın startına kimi komandanın iki yoxlama oyunu keçirəcəyini sözlərinə əlavə edib.