Türkiyə futbolunda daha bir baş məşqçi istefası yaşanıb.
Sportarena.az xəbər verir ki, bu dəfə "Elazığspor"a təyin olunan Kemal Özdeş tutduğu postdan gedib.
Onun klubdakı işi cəmi 11 gün çəkib. Maraqlıdı ki, Özdeş istefa ilə bağlı qərarı heç bir rəsmi matça çıxmadan verib. O, istefasının səbəbini komandada olan maliyyə problemi ilə izah edib.