"Dnepr"in baş məşqçisi: "Qəbələ" layiqli rəqibdir"

18:33 16 Yanvar 2016

Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışından danışıb.

Sportarena.az xəbər verir ki, Markeviç hazırlıq prosesindən razı qaldığını bildirib.
Yoxlama görüşlərindən danışan mütəxəssis "Qəbələ"ni layiqli rəqib adlandırıb: "İlk olaraq oyunun ritminə uyğunlaşmalıyıq. Bu səbəbdən məşqçilər korpusu tərəfindən hər hansı xüsusi bir tapşırıq yoxdur. "Sürix" və "Qəbələ" komandaları başlanğıc mərhələ üçün layiqli rəqibdir".
Qeyd edək ki, "Qəbələ" və "Dnepr" komandaları yanvarın 24-də görüşəcək.


Digər xəbərlər

Xəbər xətti