"Real" rəhbərliyi Kriştiano Ronaldonu satmaq niyyətindədir

22:51 16 Yanvar 2016

 “Real” futbol klubunun prezidenti Florentino Peres komandanın lideri Kriştiano Ronaldonu satmaq istəyir.

Buna səbəb futbol funksioneri ilə futbolçu arasında baş qaldıran soyuq münasibətdir.

Məlumata görə, Ronaldonun tezliklə komandadan uzaqlaşdırılmasının qarşısını alan “Kral” klubuna qarşı tətbiq edilən transfer qadağası olub. Əks təqdirdə, F.Peres 30 yaşlı portuqalıyalı forvardın bu yay satışını reallaşdırmağı düşünürmüş.

Hazırda Ronaldoya bir sıra nəhəng klublar maraq göstərir. Onların arasında Fransanın “PSJ”, İngiltərənin “Mançester Yunayted” və “Mancester Siti” klubları da yer alır. Transfer dəyəri 105 milyon avro qiymətləndirilən portuqaliyalı ulduz özü isə bir müddət əvvəl ABŞ-ın “MLS” liqasına həvəs göstərdiyini bildirmişdi. 


Digər xəbərlər

Xəbər xətti