"Xəzər Lənkəran" bir neçə gənc futbolçusu komandadan uzaqlaşdırıb. Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
"Klubun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular Elvin Mirzəyev və Kazım Kazımlı klubumuzdan uzaqlaşdırılıblar. Digər üç futbolçumuz Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Son olaraq qeyd edirik ki, "Xəzər Lənkəran" klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir".