"Xəzər Lənkəran"da xaos davam edir.
Sportarena.az "12-ciyouncu.info"ya istinadən xəbər verir ki, 5 futbolçunun qovulmasından sonra Elbrus Məmmədov da komandadan ayrılıb.
O, bugünkü hazırlıq prossesindən dərhal sonra postunu tərk edərək gedib.
Qeyd edək ki, az öncə cənub klubu rəsmi sayt vasitəsilə məlumat yayaraq, daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular Elvin Mirzəyev və Kazım Kazımlının uzaqlaşdırıldıqlarını, Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarıldığını ictimaiyyətə açıqlayıb.