“Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev komandasının “CBC Sport” kubokundakı intizamsızlığı ilə bağlı sualı cavablandırıb.
Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Neftçala" ilə oyunda meydandan qovulan Ruslan Qurbanovla Cavid İmamverdiyevin cəzalandırılacağını bildirib.
Onun fikrincə, qələbəni əldən vermələrində bu amil də rol oynayıb. Lakin Ə.Abdullayev məsələyə birtərəfli baxılması ilə razılaşmayıb: "Komandamızda ab-hava çox yaxşıdır. Futbolçularımızın meydandan qovulmasını intizamsızlıqla əlaqələndirmək düzgün deyil. Siz həmişə məsələyə birtərəfli baxırsınız. Gəlin, ikitərəfli baxaq. Sözsüz ki, futbolçular hakimə qarşı nalayiq ifadələr işlədiblərsə, mütləq cəzalandırılacaqlar. Amma məsələyə digər prizmadan baxaq: Məgər günah təkcə onlardadırmı? Sözsüz ki, futbolçu cəzalanacaq. Amma hakimin qərarı həqiqətən də ədalətlidirsa..."
Qeyd edək ki, "Neftçi" - "Neftçala" matçında qalib müəyyənləşməyib - 1:1.