Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, məşqçilər Qordan Tsipriç və Draqan Spasiç daha 3 oyunu izləyiblər.
Sportarena.az xəbər verir ki, məşqçilər korpusu “Qəbələ” – “Osnabryuk” (Almaniya), “Qarabağ” – “Rot-Veiss Essen” (Almaniya) və “Zirə” – “Ordabaşı” (Qazaxıstan) oyunlarına baxıblar.