2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 8-ci gününü 1 məşqlə yekunlaşdırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan məşq prosesi günün ikinci yarısında fitnes zalında baş tutub.
Məşqdə komanda əsasən topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.