Türkiyə superliqasının 18-ci turunda keçirilən “Beşiktaş” – “Mersin İdmanyurdu” oyunu yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın baş hakimi güclü qar yağması səbəbindən matçın 6-cı dəqiqəsində futbolçuları paltardəyişmə otağına göndərib.
Türkiyə Futbol Federasiyası ilə məsləhətləşmədən sonra baş hakim Mete Kalkavan oyunun dayandırılmasına qərar verib.
Qaydalara əsasən oyun 24 saat sonra eyni stadionda keçirilməlidir. Lakin hava şəraitinin sabah daha pis olacağının açıqlanmasından sonra matçın qarşıdakı günlərdə keçirləcəyinə qərar verilib.