"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov fikrini dəyişib. Sportarena.az xəbər verir ki, maddi problemlər səbəbindən vəzifənini tərk edən mütəxəssis yenidən Lənkərana dönüb.
Onun futbolçuların maaşının verilməsinə görə klub rəhbərliyi ilə görüşdüyü bildirilir. Görüşdə “Xəzər Lənkəran” rəhbərliyi qeyd edib ki, yaranmış problem tədricən aradan qaldırılacaq.
“Xəzər Lənkəran” klubundan E.Məmmədovun öz vəzifəsinə qayıtdığını və mövsümün sonuna qədər klubu çalışdıracağını təsdiqləyiblər. Qeyd edək ki, cənub təmsilçisinin bundan sonrakı oyunlara əsasən əvəzedici heyətin oyunçuları ilə çıxacaq.