Qazaxıstan yığmasının baş məşqçisi postuna namizədlərdən birinin kimliyi müəyyənləşib. Sportarena.az xəbər verir ki, bu, Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteusdur.
Qazaxıstan mətbuatının iddiasına görə, son iş yeri Bolqarıstan millisi olan mütəxəssis ölkə futbol federasiyası ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Qazaxıstan yığması martın 26-da Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək.