Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spasiç “Sumqayıt” – “Akjayık” (Qazaxıstan) oyununa baxıblar.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.