Dünən ilk yoxlama oyununda Qazaxıstanın “Akjayık” klubunu məğlubiyyətə uğradan “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün qonşu ölkədə növbəti məşqini keçirib.
Baş məşqçi Samir Abasovun rəhbərliyi altında komanda daha çox taktiki və texniki çalışmalar üzərində işləyib. Sonda kollektiv ikitərəfli oyunla məşqi tamamlayıb.
Komandanın Türkiyədəki daha bir rəqibi müəyyənləşib. Belə ki, “Sumqayıt” yanvarın 21-də İranın “Sepehan” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.