"Qarabağ"ımız yenidən məşqlərə başlayıb. Sportarena.az xəbər verir ki, Antalyada təlim-məşq toplanşına davam edən komanda 1 günlük fasilədən sonra məşqləri yenidən bərpa edib. Qurban Qurbanov dünən futbolçulara istirahət imkanı yaratmışdı.
Bugün komandanın planında 2 məşq vardı. "Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11-də (Bakı vaxtıyla 13:00) yollandı. Komandanın məşqi 90 dəqiqə davam etdi. Səhər məşqi fiziki yüklənmələr üzərində baş tutdu. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışdılar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatdı.
Komandanın 2-ci məşqi yerli vaxtla 17:00-a təyin olunub.