"Neftçi" "Şaxtyor"un sabiq üzvünü sınayır: "Ümid edirəm ki..."

17:50 18 Yanvar 2016

Qazaxıstanın "Şaxtyor" klubunun əvəzedici komandasının sabiq futbolçusu Akif Həsənov "Neftçi"yə baxışa gəlib. Sportarena.az "azerisport.az"a istinadən sizi bu futbolçunun müsahibəsi ilə tanış edir.

 

- Akif, futbola gəlişin necə alınıb?
- Futbolla məşğul olmağa "Jastar" idman məktəbində başlamışam. Artıq ikinci və ya üçüncü oyunumda het-trik etmişdim. Müəyyən vaxtdan sonra isə məni "Şaxtyor"un əvəzedici heyətinə dəvət etdilər.

- "Şaxtyor"un əvəzedici komandasında nə vaxt debüt etdin?
- 2013-cü ildə ilk peşəkar müqaviləmə imza atdım. 17 yaşlı futbolçu üçün sevimli komandasında oynamaqdan sevincli heç nə ola bilməzdi.

- Hansı mövqedə oynayırdın?
- Uşaqlıqdan hücumda oynamışam. İndi də bu mövqedə oynayıram. Hərdən baş məşqçi məni cinah yarımmüdafiəçisi mövqeyinə də qoyur. Bu, mənim Azərbaycanın gənclərdən ibarət yığmasında da köməyimə çatır.

- "Şaxtyor"da rəqabət böyükdür?
- Karaqanda futbol məktəbi ən güclülərdən biridir. Heyətə layiq olduğunu isbatlamaq üçün çox çalışmalısan.

- "Neftçi"yə baxışa yollanırsan. Bu variant necə yarandı?
- Bəli, artıq Azərbaycandayam. Bir neçə məşqə də çıxmışam. "Neftçi" indi ölkə çempionatının ikinci hissəsinə hazırlaşır. Ümid edirəm ki, qısa müddət ərzində də olsa, özümü yaxşı tərəfdən göstərə biləcəyəm. Azərbaycan yığmasında çıxış etməyə başlayandan sonra bu ölkədən olan menecer mənimlə əlaqə saxladı və bir neçə variant təklif etdi. Mən də onların arasında ən münasibini - "Neftçi"ni seçdim.

- Azərbaycan yığmasındakı çıxışın barədə nə deyə bilərsən?
- Azərbaycanın U-19 yığmasında Nikolay Adamın dövründən çıxış etməyə başlamışdım. O dövrdə "Neftçi", "Rəvan" kimi klublara qarşı oynamışdım. Həmin oyunlarda qollar da vurmağa nail olmuşdum. Amma AÇ-nin seçmə mərhələ oyunlarında iştirak edə bilmədim. Çünki Qazaxıstan vətəndaşı idim.

- Qazaxıstan klublarından təklif yox idi?
- Qazaxıstan Premyer Liqasında çıxış edən klublardan təklif almamışdım. (klub saytı)


Digər xəbərlər

Xəbər xətti