Veteran futbolçu Valeri Hacıyevin vəfatı FİFA-nın da diqqətindən yayınmayıb. Sportarena.az xəbər verir ki, ali futbol qurumu bununla bağlı federasiyaya başsağlığı məktubu ünvanlayıb.
FİFA prezidenti səlahiyyətlərini icra edən İssa Hayatu tərəfindən imzalanmış məktubda qeyd olunub ki, “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin dünyasını dəyişməsi beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirir. Bu münasibətlə FİFA mərhumun ailəsinə, onu sevənlərə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Valeri Hacıyev bu ilin yanvar ayının 8-də, 75 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.