"Qarabağ"dan ayrılan futbolçu Raydel Puponun Hollandiyanın "Roda"klubuna transfer olması barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, 29 yaşlı forvard artıq yeni komandasının heyətində debüt edib. O, Erediviziyanın 18-ci turu çərçivəsində keçirilən "Roda" - "Az Alkmar" matçında iştirak edib. Puponun 90 dəqiqə meydanda olduğu matçda komandası 0 - 1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Roda" 18 turdan sonra 16 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.