"Qarabağ"ın futbolçusu Reynaldo Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulub. Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, braziliyalı hücumçu fərdi məşqlərdə iştirak edib.
Hazırda fiziki çalışmalara üstünlük verən 27 yaşlı forvardın kollektiv məşqlərə nə vaxt qatılacağı məlum deyil.
Qeyd edək ki, Reynaldo 3 ay öncə dizindəki zədəsini təzələyib. Bundan sonra o, Braziliyada müalicə və bərpa kursu keçib.