"Xəzər Lənkəran" klubu baxışa iki futbolçu çağırıb.
Sportarena.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, "Sumqayıt"ın müdafiəçisi Nodar Məmmədov və "Turan Tovuz"un yarımmüafiəçisi Tuqay Alhüseynli bu gün baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında "ağ-yaşıllar"ın heyətində ilk məşqlərinə çıxıblar.
Futbolçuların baxışdan uğurla keçəcəyi təqdirdə, hər ikisi ilə münasibətlər rəsmiləşdiriləcək.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında bildirib ki, Tovuz təmsilçisindən baxışa 2 futbolçu çağırılsa da, onlardan biri geri göndərilib. Səbəb futbolçunun baş məşqçinin istəyinə cavab verməməsidir.
Klub rəsmisinin sözlərinə görə, komanda bu gündən məşqlərə start verib.