Şahin Diniyev: "Bunun xeyrini çempionatda görəcəyik”

22:33 18 Yanvar 2016

“Kəpəz” çempionatın qış fasiləsi müddətində hazırlığını ilk mərhələsini tamamlayıb. Bir həftə ərzində Yevlaxda fiziki məşqlər üzərində işləyən komanda toplanışa “Qaradağ Lökbatan”a qarşı oyunla yekun vurub.
Sportarena.az xəbər verir ki, 
“Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına təlim-məşq toplanışı və yoxlama matçı ilə fikirlərini bölüşüb:
 “Təlim-məşq toplanışından çox razı qaldım. Uşaqlar səylə işlədilər, verilən tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını ortaya qoydular. Dünən səhər məşqindən sonra birbaşa Bakıya yola düşdük. Yorğunluq fonunda hazırlığımızın ilk mərhələsini yoxlama oyunu ilə tamamladıq. Birinci divizion klubu ilə görüşdə bütün futbolçulara oynamaq imkan verdik. Oyunçular yorğun idilər, bununla belə meydanda layiqincə mübarizə aparmağa çalışdılar. Yevlax toplanışını təhlil edərkən deyim ki, komanda hər bir cəhətdən tam gücü ilə çalışdı. Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik”.
Sonda qeyd edək ki, komanda üzvləri iki günlük istirahətə buraxılıb. 


Digər xəbərlər

Xəbər xətti