"Qəbələ" bir itki ilə hazırlaşdı

10:14 19 Yanvar 2016

2015/2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 9-cu gününü 2 məşqlə yekunlaşdırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

 

Zədəsi olan Elvin Camalov hazırlıq prosesində iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti