"Kim daha hazırlıqlıdırsa, "çərçivə" də ona tapşırılacaq" - "Qəbələ"nin məşqçisi

11:20 19 Yanvar 2016

"Yenidən əsas komandada işlədiyimə görə çox sevinir, mənə etimad göstərənlərin hər birinə minnətdarlığımı bildirirəm. Əsas komandada çalışmaq məşqçidən, ilk növbədə, böyük məsuliyyət tələb edir. Artıq burada daha güclü, sırf peşəkarla çalışırsan. Bu mənada iş prosesi bir qədər asandır. Ancaq istənilən halda, işini böyük məsuliyyətlə görməlisən".


Sportarena.az "Qəbələ İK" qəzetinə istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin qapıçılarla işləyən məşqçisi Vüqar Məmmədov deyib.


"Andrey Qluşenko ilə mütəmadi söhbətlərimiz olurdu və ümumi işə faydalı olması üçün əvəzedicilərdə onun iş metoduna uyğun çalışırdım. Əsas komandamızdakı qapıçılardan razıyam. Dmitri Bezotosnı, ümumiyyətlə, Azərbaycan Premyer Liqasında ən güclü qapıçılardan biridir. Ancaq təbii ki, rəqabət olacaq və kim daha hazırlıqlıdırsa, “çərçivə” də ona tapşırılacaq. Bu məsələdə son qərarı isə baş məşqçi verəcək” - deyə o bildirib.

 

V.Məmmədov son illərdə çalışdığı əvəzedici heyətə öyrəşdiyini və həmin kollektivdən ayrılmağın çətin olduğunu da deyib:


“Cari mövsümə yaxşı başlamasaq da, birgə səylərimiz nəticəsində qış çempionu olduq. Əsas heyətdə işə yanaşma bir qədər fərqlidir. Ancaq əvəzedicilərdə işlədiyim qapıçılar yenə diqqətimdə olacaq. Elnur Orucov U-19, Murad Popov U-17 yığmamıza cəlb olunub. Bu qapıçılar gələcəkdə bizim üçün çox faydalı olacaqlar”.

 

Hazırda əvəzedici heyətdə qapıçıların hazırlığı Sahil Kərimova həvalə olunub. 37 yaşlı mütəxəssis uzun müddətdir “Qəbələ” Futbol Akademiyasında çalışır. Sonda onu bildirək ki Qluşenko əvvəllər çalışdığı “ Çernomorets” (Odessa) komandasına qayıdıb


Digər xəbərlər

Xəbər xətti