Rahid Əmirquliyev, Muarem Muarem və Şəhruddin Məhəmmədəliyevi heyətinə qatan "Qarabağ” daha iki futbolçunu baxışdan keçirir.
Sportarena.az "sportal.az"a istinadən xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın və "Krasnodar U-19"-un üzvü Elgün Uluxanov və türkiyəli gənc futbolçu Şükrü Anıl Tökdemir hazırda Ağdam təmsilçisinin Antalya təlim-məşq toplanışındadır. Yaxın günlərdə məşqçilər heyəti hər iki futbolçu haqda qərarını verəcək.
Qeyd edək ki, Uluxanov Almaniya klubu "Rot-Vays"la yoxlama oyununun iştirak ərizəsində də yer almışdı.